"Lokomotiv" PSJ-nin futbolçusunu icarəyə götürdü

Sayta qoyulub: 11:29 25.07.2018 (274 dəfə oxunub)

"Lokomotiv" PSJ-nin futbolçusunu icarəyə götürdü

 

Rusiyanın "Lokomotiv" klubu heyətinə yeni futbolçu cəlb edib. Moskva təmsilçisi Fransanın PSJ klubunda forma geyinən polşalı futbolçu Qjeqoj Krıxovyakı icarəyə götürüb. 28 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yayına kimi Rusiya klubunda çıxış edəcək. Müqavilənin şərtlərinə görə, "Lokomotiv" Polşa millisinin üzvünü 10 milyon avroya birdəfəlik transfer edə bilər. Krıxovyak ötən mövsümü icarə əsasında İngiltərənin "Vest Bromviç" klubunda keçirib.

Fransanın "Bordo" klubunun yetirməsi olan, peşəkar karyerasına məhz bu komandada başlayan dayaq yarımmüdafiəçisi "Reyms", "Nant", "Sevilya"da forma geyinib.

XƏBƏR LENTİ