"Qarabağ" "Kukesi" ilə oyunun canlı yayımının təşkili üçün ilkin razılıq əldə edib

Sayta qoyulub: 13:18 25.07.2018 (222 dəfə oxunub)

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyada “Kukesi” ilə keçirəcəyi ilk oyun Azərbaycanda canlı yayımlanacaq.

Matçın ölkədə yayımlanması üçün heç bir yerli telekanal qarşı tərəflə razılaşmayıb.

Azarkeşlərin istəyini nəzərə alan “Qarabağ” rəhbərliyi və sponsor “Azərçay” yayım məsələsini öz üzərinə götürərək, Albaniya telekanalıyla danışıqlara başlayıb. Artıq danışıqların ilk mərhələsi uğurlu alınıb.

Bu gün saat 21:00-da başlayacaq matçı “Azərçay”ın sponsorluğu ilə "CBC Sport"un yayımlayacağı gözlənilir. 

 

 

"Qarabağ" "Kukesi" ilə oyunun canlı yayımının təşkili üçün ilkin razılıq əldə edib

 

report.az

XƏBƏR LENTİ