Braziliya millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb

Sayta qoyulub: 07:52 26.07.2018 (91 dəfə oxunub)

Braziliya Futbol Konfederasiyası millinin baş məşqçisi Tite ilə müqavilənin müddətini uzadıb.

 57 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının sonuna qədər yığmanın sükanı arxasında olacaq.

Qeyd edək ki, Tite 2016-cı ildən Braziliya millisinin baş məşqçisidir. Onun rəhbərlik etdiyi kollektiv Rusiyada təşkil edilən 2018-ci il dünya çempionatının 1/4 finalında Belçika kollektivinə 1:2 hesabı ilə uduzaraq, mükafatçılar sırasına düşməyib. Titenin komandası indiyədək keçirdiyi 26 matçdan 20-də qalib gəlib və 2 dəfə uduzub.

 

 

 

 

 

Braziliya millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb

 

 

 

 

report

XƏBƏR LENTİ