Qolovin Monakoya keçdi

Sayta qoyulub: 08:02 26.07.2018 (279 dəfə oxunub)

Rusiya yığmasının liderləridən biri Aleksandr Qolovin karyerasını Fransa çempionatında davam etdirəcək. O , Monako klubunun təklifini qəbul edib.

 

Yarımmüdafiəçi bu gün tibbi baxışdan sonra müqavilə imzalayacaq. Müqavilənin müddəti 5 ildir.

 

Yarımmüdafiəçi üçün knyazlıq təmsilçisi SSKA-ya 30 milyon avro ödəyəcək. Qolovinin öz məvacibi isə ilinə 2 milyon avro olacaq.

 

Xatırladaq ki, futbolçu ilə Yuventus və Çelsi də maraqlanırdı. Lakin Monakonun vitse-prezidenti ona əsas heyətdə yer təminatı verib.

XƏBƏR LENTİ