Qurban Qurbanov: "Onlardan belə oyun gözləmirdik"

Sayta qoyulub: 08:41 26.07.2018 (255 dəfə oxunub)

<time class="category-news-block-time tab-block-time" datetime="2018-07-25 23:37:15" itemprop="dateCreated" style="display: block; text-transform: capitalize; color: rgb(88, 129, 160); margin-top: 5px; font-size: 0.8em; border: none; font-family: 'Skolar Regular', Palatino, Cambria, 'Droid Serif', Georgia, 'Times New Roman', Times, serif; line-height: 23.52px;">
</time>

Qurban Qurbanov: "Onlardan belə oyun gözləmirdik"

"Hər iki komanda sərfəli nəticə üçün oynayırdı. Tərəflərin istəkləri elə bu hesabla da yekunlaşmalı idi".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban QurbanovAlbaniyada "Kukesi" ilə 0:0 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra yerli telekanala açıqlamasında deyib.

46 yaşlı mütəxəssis avqustun 1-də Bakıda keçirəcəkləri cavab görüşündə qələbə qazanmağa çalışacaqlarını bildirib: "Biz bu gün qalib gəlmək istəyirdik. Bu istəyimizi cavab görüşündə maksimum gerçəkləşdirməyə çalışacağıq. Rəqib fərqli çıxış etdi. Onlardan belə oyun gözləmirdik. Lakin Bakıdakı matçda dəyişiklik etməyə daha hazırlıqlı olacağıq. Cavab görüşündə bu gün bizə çətin olan qolu vurmağın yolunu tapacaq, daha yaxşısını etməyə çalışacağıq".

Bundan başqa Qurbanov rəqibi Albaniya çempionu kimi təqdim edərək, bu komanda haqqında müsbət fikirdə olduğunu vurğulayıb.

Qeyd edək ki, "Kukesi" ötən mövsümü gümüş medalla başa vurub. Lakin çempion "Şkenderbeu" cəzalandırıldığından, Çempionlar Liqasında Albaniyanı bu komanda təmsil edir.

Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq. 

XƏBƏR LENTİ