UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişmədi

Sayta qoyulub: 10:11 26.07.2018 (165 dəfə oxunub)

 

UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişmədi

 

Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunlarından sonra UEFA-nın reytinqi açıqlanıb. Azərbaycanın mövqeyi dəyişməz qalıb. Albaniyada “Kukesi” ilə qolsuz heç-heçə edən “Qarabağ” reytinqimizə 0.125 xal qazandırıb. 17.875 xalla ölkəmiz 22-ci pillədə qərarlaşıb.Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Polşanın 18.125 xalı var. 23-cü pillədə olan Belarusun 17.750 xalı var.

XƏBƏR LENTİ