"Səbail" braziliyalı futbolçu aldı

Sayta qoyulub: 10:31 26.07.2018 (153 dəfə oxunub)

"Səbail" braziliyalı futbolçu aldı
 

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt təmsilçisi braziliyalı Enrike Mauro Perillo ilə anlaşıb. Son olaraq Kosta Rikanın "Deportivo Saprissa" klubunda çıxış edən müdafiəçi ilə yaxın günlərdə müqavilə imzalanacaq.  27 yaşlı futbolçu "Səbail"lə 1 illik sözləşmə imzalayacaq. Qeyd edək ki, Enrike karyerası ərzində "Vila Nova", "Goyas", "Aparesidense", "Qremio" (Anapolis), "Parauapebas" və "Remo" kimi komandalarda çıxış edib.

XƏBƏR LENTİ