► "Sabah"ın heç-heçə etdiyi oyun

Sayta qoyulub: 10:33 26.07.2018 (149 dəfə oxunub)

Növbəti mövsümə hazırlığı Türkiyənin Bolu şəhərində davam etdirən “Sabah” ötən gün daha bir yoxlama oyunu keçirib. Premyer Liqamızın debütantı yerli “Sancaktepe Bələdiyyəspor” klubuyla qarşılaşıb. “Vonresort” otelininin meydançasında keçirilən oyunda qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

 

İlk hissə rəqibin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. “Sabah” ikinci hissədə iki dəfə rəqib qapısına yol tapıb. Oyun 2:2 hesablı bərabərliklə nəticələnib. Bakılıların heyətində Elşən Abdullayev və Elgün Nəbiyev fərqlənib.

 

XƏBƏR LENTİ