"Sumqayıt"ın yeni oyunçusu komandanı tərk etdi

Sayta qoyulub: 18:10 26.07.2018 (175 dəfə oxunub)

"Sumqayıt"ın yeni oyunçusu komandanı tərk etdi
 

Yeni mövsümə hazırlaşan “Sumqayıt” klubunda növbəti ayrılıq reallaşıb. 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Dmitri Nağıyev yeni müqavilə imzaladığı klubu tərk edib. Buna futbolçunun ölkə xaricindən daha sərfəli təklif alması səbəb olub.  Məsələ burasındadır ki, futbolçunun “Sumqayıt”la imzaladığı müqavilədə belə bir bənd olub. Ölkə xaricindən sərfəli təklif olacağı təqdirdə, klub buna problem yaratmamağı öhdəsinə götürüb. Qeyd edək ki, Nağıyev yay transfer dönəmində "Qarabağ"dan (Vyana, Avstriya) "Sumqayıt"a keçib.   

XƏBƏR LENTİ