Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib

Sayta qoyulub: 07:19 27.07.2018 (168 dəfə oxunub)

Futbol üzrə Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Rusiyada startı verilmiş 46 qarşılaşma İspaniyada tamamlanıb. Bu mərhələdə Azərbaycanı heç bir klub təmsil etməyib. I təsnifat mərhələsində "Keşlə"ni iki oyunun yekununda yenən "Baltsan" Maltada Slovakiyanın "Slovan" (Bratislava) komandasını da yenməyi bacarıb. "Qəbələ"ni üstələmiş Lüksemburq "Proqres"i Macarıstanda "Honved"ə 0:1 hesabı ilə uduzub. "Neftçi"ni cavab görüşündə 4:0 hesabı ilə məğlub edən Macarıstan "Uypeşt"i isə İspaniyada "Sevilya"ya eyni hesabla darmadağın edib.

"Qarabağ"ın Albaniyanın "Kukesi" komandası ilə Çempionlar Liqasının II təsnifat mərhələsində keçirdiyi görüşlərdə məğlub olacaq komandaya rəqib dueldə Gürcüstanın "Torpedo" (Kutaisi) klubu Farer adaları "Vikinqur"unu məğlubiyyətə uğradıb. Azərbaycan təmsilçisinin Çempionlar Liqasının I təsnifat mərhələsində qalib gəldiyi "Olimpiya" isə Sloveniyanın paytaxtı Lyublyanada Şimali İrlandiya "Kruzaders!"ini darmadağın edib - 5:1.

18:00. "Ufa" (Rusiya) - "Domjale" (Sloveniya) - 0:0

18:45. "Ventspils" (Latviya) - "Bordo" (Fransa) - 0:1

19:00. "Spartak" (Yurmala, Latviya) - "La Florita" (San-Marino) - 6:0

19:00. "Viitorul" (Rumıniya) - "Vitess" (Hollandiya) - 2:2

19:00. "Tobol" (Qazaxıstan) - "Pünik" (Ermənistan) - 2:1

19:00. "Kayrat" (Qazaxıstan) - AZ (Alkmar, Hollandiya) - 2:0

19:30. "Rudar" (Velenje, Sloveniya) - "Styaua" (Rumıniya) - 0:2

20:00. "Torpedo" (Kutaisi, Gürcüstan) - "Vikinqur" (Farer adaları) - 3:0

20:00. "Çixura" (Gürcüstan) - "Maribor" (Sloveniya) - 0:0

20:00. "Hapoel" (Hayfa, İsrail) - Hafnarfyordur" (İslandiya) - 1:1

20:00. "Baltsan" (Malta) - "Slovan" (Bratislava, Slovakiya) - 2:1

20:30. "Düdelanj" (Lüksemburq) - "Drita" (Kosovo) - 2:1

20:30. "Leyptsiq" (Almaniya) - "Hekken" (İsveç) - 4:0

21:00. APOEL (Kipr) - "Flora" (Tallin, Estoniya) - 5:0

21:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Valletta" (Malta) - 1:1

21:00. "Yurqorden" (İsveç) - "Mariupol" (Ukrayna) - 1:1

21:00. "Honved" (Macarıstan) - "Proqres" (Lüksemburq) - 1:0

21:00. MOİK (Sofiya, Bolqarıstan) - Admira Vakker" (Modlinq, Avstriya) - 3:0

21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Radniçki Niş" (Serbiya) - 2:0

21:00. "Jalgiris" (Litva) - "Vaduts" (Lixtenşteyn) - 1:0

21:00. "Molde" (Norveç) - "Laçi" (Albaniya) - 3:0

21:20. "Yagelloniya" (Polşa) - "Riu Ave" (Portuqaliya) - 1:0

21:30. "Şaxtyor" (Soliqorsk, Belarus) - "Lex" (Poznan, Polşa) - 1:1

21:45. "Dinamo" (Brest, Belarus) - "Atromitos" (Yunanıstan) - 4:3

21:45. LASK (Avstriya) - "Lilleström" (Norveç) - 4:0

21:45. "Norşellan" (Danimarka) - AİK (İsveç) - 1:0

22:00. "Olimpiya" (Lyublyana, Sloveniya) - "Kruzaders" (Şimali İrlandiya) - 5:1

22:00. "Sutyeska" (Monteneqro) - "Alaşkert" (Ermənistan) - 0:1

22:00. "Santa Koloma" (Andorra) - "Valür" (İslandiya) - 1:0

22:00. TNS (Uels) - "Linkoln Red İmps" (Cəbəllütariq) - 2:1

22:00. "Hayduk" (Split, Xorvatiya) - "Slaviya" (Sofiya, Bolqarıstan) - 1:0

22:00. "Genk" (Belçika) - "Fola" (Lüksemburq) - 5:0

22:00. "B36 Torshavn" - "Beşiktaş" (Türkiyə) - 0:2

22:00. "Qurnik" (Zabje, Polşa) - "Trençin" (Slovakiya) - 0:1

22:15. "Sankt-Qallen" (İsveçrə) - "Sarpsporq" (Norveç) - 2:1

22:30. "Jelezniçar" (Bosniya və Herseqovina) - Apollon" (Kipr) - 1:2

22:30. "Partizan" (Serbiya) - "Trakay" (Litva) - 1:0

22:30. "Atalanta" (İtaliya) - "Sarayevo" (Bosniya və Herseqovina) - 2:2

22:45. "Haybernian" (Şotlandiya) - "Asteras" (Yunanıstan) - 3:2

22:45. "Osiyek" (Xorvatiya) - "Reyncers" (Şotlandiya) - 0:1

22:45. "Spartak" (Subotitsa, Serbiya) - "Sparta" (Praqa, Çexiya) - 2:0

22:45. "Dandolk" (İrlandiya) - AEK (Larnaka, Kipr) - 0:0

22:45. "Aberdin" (Şotlandiya) - "Börnli" (İngiltərə) - 1:1

23:00. "Dunayska Streda" (Slovakiya) - "Dinamo" (Minsk, Belarus) - 1:3

23:00. "Styarnan" (İslandiya) - "Kopenhagen" (Danimarka) - 0:2

23:45. "Sevilya" (İspaniya) - "Uypeşt" (Macarıstan) - 4:0

 

 

 

 

Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib

 

"Report"

XƏBƏR LENTİ