"Bursaspor"un baş məşqçisi Azərbaycan millisinin futbolçusu ilə bağlı yeni qərar qəbul edib

Sayta qoyulub: 11:38 27.07.2018 (188 dəfə oxunub)

Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi Samet Aybaba 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçü barədə yeni qərar qəbul edib.

O, rəhbərlikdən 20 yaşlı yarımmüdafiəçinin yenidən icarəyə verilməsini istəyib.

Qeyd edək ki, Ozan Can Kökçü "Bursaspor"un yeni mövsüm üçün təşkil olunan təlim-məşq toplanışında iştirak edib. O, 2017-2018 mövsümünün ikinci yarısında icarə əsasında Hollandiyanın "RKC Waalwijk" klubunda çıxş edib.   

 

 

 

"Bursaspor"un baş məşqçisi Azərbaycan millisinin futbolçusu ilə bağlı yeni qərar qəbul edib

 

"Report" 

XƏBƏR LENTİ