Azərbaycanda danışılmış oyunlarda şübhəli bilinən daha bir futbolçunun adı açıqlanıb

Sayta qoyulub: 11:40 27.07.2018 (187 dəfə oxunub)

“I Divizionda iştirak etməyəcək klublar danışılmış oyunlarla bağlı UEFA-dan gələn hesabatda yer alanlardır”.

Bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümünün püşkatma mərasimindən sonra təşkil edilən mətbuat konfransıda söyləyib.

O bildirib ki, hansısa klubla bağlı UEFA-dan məktub gəlibsə, demək, nəsə var: “Ola bilər ki, hanısasa komandanın adı danışılmış oyunlarda hallanmasın, amma çempionata qatılmasın. Ruslan Tağızadənin atası canımı boğazıma yığıb. And verir ki, oğluma kömək et. Halbuki onun oğlunun adı danışılmış oyunlarda hallanır. Deyir ölkənin bayrağın qaldırmışıq. Harda qaldırıb, bilmirəm. Əvvəlki pullar yoxdur, səviyyəsi uyğun olmayanlar özlərinə başqa iş tapsınlar. Mənim oğlum çoxundan zəif deyildi. Amma gördü ki, alınmır, qırağa çəkildi. 22-23 yaşlı futbolçu özünü isbatlaya bilmirsə, başqa iş tapsın”. 

Musayev bildirib ki, hazırda danışılmış oyunlarla bağlı araşdırmalar davam edir: “Hazırda klub rəsmiləri, futbolçular dəvət olunur, sorğu-sual aparılır. Yaxın vaxtlarda səsi çıxacaq”.

XƏBƏR LENTİ