"Qarabağ"-"Kukesi" oyununda slovakiyalı hakim

Sayta qoyulub: 10:03 28.07.2018 (231 dəfə oxunub)

"Qarabağ"-"Kukesi" oyununda slovakiyalı hakim

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” - “Kukesi” matçının hakimləri məlum olub. Qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matça baş hakim kimi Peter Kralovic çıxacaq. Miroslav Benko və Erik Veiss yan xətt hakimi, Patrik Hrka isə ehtiyat hakim olacaq.

“Qarabağ” - “Kukesi” matçı avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. İlk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

XƏBƏR LENTİ