U-17 "Sumqayıt"la heç-heçə etdi

Sayta qoyulub: 10:18 28.07.2018 (132 dəfə oxunub)

U-17 "Sumqayıt"la heç-heçə etdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün yoxlama oyunu keçirib. “Sumqayıt”ın əvəzedici komandası ilə qarşılaşan yığmamız 2:2 hesablı heç-heçə edib. U-17-nin qollarını Musa Qurbanlı və Emil Quluzadə vurub.

 Oyundan sonra millimizin baş məşqçisi Ramin Quliyev açıqlama verib: “Belarus səfərindən əvvəl bizim üçün yaxşı rəqib oldu. Bu oyunda komandanın güclü və zəif tərəflərini görə bildik. Rəqibin 3-4 yaş böyük futbolçulardan ibarət olmasına baxmayaraq, komanda istəkli idi, əzmkar mübarizə apardı. Bu bizim üçün vacib amillərdən biri idi”.

XƏBƏR LENTİ