Sumqayıt stadionunda işlər yubanacaq

Sayta qoyulub: 10:25 28.07.2018 (189 dəfə oxunub)

Sumqayıt stadionunda işlər yubanacaq

 "Sumqayıt"ın ev oyunlarını keçirdiyi "Kapital Bank Arena"nın təbii örtüklə döşənməsi prosesi öncədən deyildiyi kimi, mövsümün startına kimi baş tutmayacaq. Ümumiyyətlə, arenanın heç avqust ayının sonuna kimi hazır olacağını da gözləmək sadəlöhvlükdür.

 "Sumqayıt"ın mətbuat katibi Rəşad Məmmədovun verdiyi məlumata görə, stadion ən yaxşı halda sentyabrın sonunda hazır ola bilər. Bu isə o deməkdir ki, komanda ən azı 4 ev oyununu başqa stadionda keçirməli olacaq.

XƏBƏR LENTİ