"Sabah" Super Liqa klubu ilə heç-heçə etdi

Sayta qoyulub: 18:09 28.07.2018 (99 dəfə oxunub)

"Sabah" Super Liqa klubu ilə heç-heçə etdi
 

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib. Rəqib Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor” olub. Topuk yaylası idman kompleksinin meydançasında keçirilən oyunda qalib müəyyənləşməyib – 1:1.

Hesabı 13-cü dəqiqədə Super Liqa klubu açıb. Amma “Sabah” 83-cü dəqiqədə Elgün Nəbiyevin vurduğu qolla hesabı bərabərləşdirməyi bacarıb.

Xatırladaq ki, “Sabah” Bolu toplanışı çərçivəsində keçirdiyi əvvəlki görüşlərdə “Girəsunspor” (1:1), “Osmanlıspor” (1:1) və “Sancaktepe Bələdiyyəspor” (2:2) klublarıyla üz-üzə gəlib.

“Sabah” oyuna bu heyətlə çıxıb: Saşa Stamenkoviç, Eltun Turabov, Məqsəd İsayev, Kərim Diniyev, Erik Ramos, Vadim Abdullayev, Tərzin Cahangirov, Elşən Abdullayev, Vanderson, Vitali Kvaşuk, Cavid İmamverdiyev.

Ehtiyat oyunçular: Tərlan Əhmədli, Novruz Məmmədov, Ricat Qarayev, Elvin Həsənəliyev, Ülvi İbazadə, Elgün Nəbiyev, Elvin Bədəlov, Tural Qürbətov, Bəxtiyar Soltanov

XƏBƏR LENTİ