"Sumqayıt" Türkiyə klubuna qalib gəldi

Sayta qoyulub: 18:11 28.07.2018 (179 dəfə oxunub)

Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" sonuncu yoxlama oyununa çıxıb. Komanda yerli "Giresunspor"la qarşılaşıb. Matç Nazim Süleymanovun komandasının minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

 

"Sumqayıt" - "Giresunspor" - 1:0
Qol
: Süleyman Əhmədov, 36

Qeyd edək ki, "Sumqayıt" bundan əvvəl "Yeni Malatyaspor"a qalib (3:1) gəlib,  "Əl-Şahaniyə"yə ilə heç-heçə (1:1) edib, "Alanyaspor"a isə uduzub (0:7).

XƏBƏR LENTİ