Elvin Yunuszadənin "Neftçi"yə keçidi alınmayıb

Sayta qoyulub: 17:24 29.07.2018 (298 dəfə oxunub)

Elvin Yunuszadənin "Neftçi"yə keçidi alınmayıb

Bilindiyi kimi, "Neftçi”nin kapitanı Ruslan Abışov əməliyyat olunacaq. Bunun üçün avqustun 1-də Almaniyaya yollanacaq.

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Uypeşt”lə iyulun 19-da keçirilən cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopub və meniski zədələnib. Onun 6 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. "Neftçi” kapitanın yerini doldurmaq üçün qollarını çırmalayıb."Ağ qaralar"a Elvin Yunuszadə təklif olunsa da mayda «Qarabağ»dan uzaqlaşdırılan millinin üzvü keçmiş klubuna qayıda bilməyəcək.

 Hərçənd bəzi menecerlər və yaxın qohumları onu götürmək məqsədilə «ağ-qaralar»a ağız açıb. Elvinin çətin xarakterini və daim qalmaqalın içində olmasını nəzərə alan rəhbərlik bu keçidin baş tutmasına razılıq verməyib.

XƏBƏR LENTİ