► "Sumqayıt" son yoxlama oyununda qalib gəldi

Sayta qoyulub: 17:26 29.07.2018 (148 dəfə oxunub)

Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" sonuncu yoxlama oyununa çıxıb. Nazim Süleymanovun komandası yerli "Giresunspor"la qarşılaşıb. Matç "gənclik şəhəri" təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. "Sumqayıt"ın yeganə qoluna 36-cı dəqiqədə Süleyman Əhmədov imza atıb. Qeyd edək ki, "Sumqayıt" bundan əvvəl "Yeni Malatyaspor"a qalib (3:1) gəlib,  "Əl-Şahaniyə"yə ilə heç-heçə (1:1) edib, "Alanyaspor"a isə uduzub (0:7).

 

 

 

XƏBƏR LENTİ