“Qarabağ” - “Kukesi”: Nə qədər bilet satılıb?

Sayta qoyulub: 17:28 29.07.2018 (224 dəfə oxunub)

 

“Qarabağ” - “Kukesi”: Nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la Albaniya çempionu "Kukesi" arasında keçiriləcək cavab matçına bilet satışı davam edir. 

 Bu günə olan məlumata görə, artıq 10 min bilet sahibini tapıb. Oyun gününə qədər bu göstəricinin artması istisna edilmir. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kukesi" görüşü avqustun 1-də saat 21:00-da start götürəcək. Bu komandalar arasında Albaniyada baş tutmuş ilk oyunda hesab açılmayıb – 0:0.

XƏBƏR LENTİ