► "Sabah" Türkiyə klubu ilə heç-heçə etdi

Sayta qoyulub: 17:36 29.07.2018 (163 dəfə oxunub)

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Sabah” ötən gün hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib. Rəqib Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor” olub. Topuk yaylası idman kompleksinin meydançasında keçirilən oyunda qalib müəyyənləşməyib – 1:1. Hesabı 13-cü dəqiqədə Super Liqa klubu açıb. Amma “Sabah” 83-cü dəqiqədə Elgün Nəbiyevin vurduğu qolla hesabı bərabərləşdirməyi bacarıb. Xatırladaq ki, “Sabah” Bolu toplanışı çərçivəsində keçirdiyi əvvəlki görüşlərdə “Girəsunspor” (1:1), “Osmanlıspor” (1:1) və “Sancaktepe Bələdiyyəspor” (2:2) klublarıyla üz-üzə gəlib.

 

 

 


XƏBƏR LENTİ