Türkiyə klubu Azərbaycan millisinin futbolçusu ilə müqavilə bağlayıb

Sayta qoyulub: 07:36 30.07.2018 (191 dəfə oxunub)

Türkiyə çempionatının I liqasında çıxış edən “Boluspor” klubu Azərbaycan millisinin futbolçusu Ufuk Budakı heyətinə qatıb.

 28 yaşlı sol cinah müdafiəçisi ilə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, ötən mövsüm Türkiyənin “Samsunspor” komandasının formasını geyinən Budak, karyerası ərzində “Manisaspor”, “Kayserispor” və “Qaziantep BB” klublarında da çıxış edib.

 

 

 

 

Türkiyə klubu Azərbaycan millisinin futbolçusu ilə müqavilə bağlayıb

 

 

 

report

XƏBƏR LENTİ