Barselonanın yarımmüdafiəçilərinin nə qədər oynamayacağı məlum oldu

Sayta qoyulub: 07:44 30.07.2018 (242 dəfə oxunub)

Barselonanın yarımmüdafiəçiləri Andre Qomeş və Denis Suaresin zədələrinin dərəcəsi və müalicə müddəti məlum olub. Xatırladaq ki, hər iki futbolçu  International Champions Cup turnirində Tottenhemlə  (2:2, 5:3 pen.) qarşılaşmada zədə almışdı.

 

Hər iki futbolçunun arxa bud əzələsinin zədələnməsi olub. Amma Qomeş 2 ay , Denis Suaresin 3 həftə buraxacağı müəyyənləşib.

 

Hər iki futbolçu artıq Amerikanı tərk edərək İspaniyaya qayıdıb.

XƏBƏR LENTİ