"Kukesi"nin "Qarabağ"la oyun üçün Bakıya səfər proqramı bəlli olub

Sayta qoyulub: 08:17 30.07.2018 (102 dəfə oxunub)

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində “Qarabağ”ın qonağı olacaq Albaniya təmsilçisi “Kukesi”nin Bakıya səfər proqramı açıqlanıb.

Bu gün Bakı vaxtı ilə saat 23:00-da yola düşəcək “Kukesi” Tirana-İstanbul-Bakı marşrutu ilə Azərbaycana gələcək. Komanda üzvlərinin paytaxtdakı dəbdəbəli otellərdən birində məskunlaşacağı bildirilir. 

Qonaqlar avqustun 2-də Bakını tərk edəcəklər.

Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:00-da başlayacaq. İlk görüş qolsuz heç-heçə ilə nəticələnib.

 

 

"Kukesi"nin "Qarabağ"la oyun üçün Bakıya səfər proqramı bəlli olub

 

 

 

“Report”

XƏBƏR LENTİ