Tanınmış futbolçu karyerasını başa vurub

Sayta qoyulub: 10:44 30.07.2018 (194 dəfə oxunub)

İngiltərənin "Çelsi" və İspaniyanın "Real Madrid" klubunun sabiq futbolçusu Mikael Essyen karyerasını başa vurub.

Qana millisinin yarımmüdafiəçisi 35 yaşında futbolla vidalaşıb.

Qeyd edək ki, Essyen ötən mövsüm İndoneziyanın "Persib" komandasının formasını geyinib. O, "Lion"un heyətində 2 dəfə Fransa, "Çelsi"də 2 dəfə İngiltərə çempionu olub, 2012-ci ildə Çempionlar Liqasını qazanıb. Qanalı futbolçu İtaliyanın “Milan” və Yunanıstanın “Panatinaikos” klublarında da çıxış edib.

 

 

Tanınmış futbolçu karyerasını başa vurub

“Report” 

XƏBƏR LENTİ