Ruslan Abışov nə vaxt əməliyyat olunacaq?

Sayta qoyulub: 12:04 30.07.2018 (138 dəfə oxunub)

Ruslan Abışov nə vaxt əməliyyat olunacaq?
 

Azərbaycan milli komandasının vitse-kapitanı, “Neftçi”nin əsas kapitanı Ruslan Abışovun əməliyyatı ilə bağlı detallara aydınlıq gəlib. Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Uypeşt”ə qarşı keçirilən matçda xəsarət alan oyunçu bu gün Almaniyaya yollanır. Oyunçu 1 avqust tarixdə adıçəkilən ölkədə əməliyyat olunacaq. Futbolçunun həftəsonu vətənə qayıdacağı gözlənilir. Əməliyyatdan sonra həyata keçiriləcək bərpa prosesindən sonra Abışovun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum olacaq.

XƏBƏR LENTİ