"Araz" bütün legionerlərini göndərdi

Sayta qoyulub: 13:00 30.07.2018 (313 dəfə oxunub)

 

"Araz" bütün legionerlərini göndərdi

Futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi “Araz legionerlərdən imtina edib. Buna səbəb Naxçıvan təmsilçisinin strategiyasını dəyişməsidi. Braziliyalılar - Eduardo Borges, Everton Kardoso və Thiaqo Telez Bolinya, eləcə də iranlı Reza Toloue ilə vidaşalan “Araz”, bundan sonra yerli oyunçulara güvənəcək.

Braziliyalı Joze Alesio da Silvanın baş məşqçisi olduğu 13 qat Azərbaycan çempionu bundan sonra gənc azərbaycanlı futzalçılara üstünlük verəcək.

Əldə etdiyimiz məlumata görə, buna səbəb klubun maliyyə böhranı yaşamasıdır. Maddi sıxıntı ucbatından rəhbərlik strategiyanı dəyişməyə məcbur olub.

XƏBƏR LENTİ