"Qarabağ" - "Kukesi" mətbuat konfranslarının vaxtı açıqlandı

Sayta qoyulub: 18:44 30.07.2018 (134 dəfə oxunub)

"Qarabağ" - "Kukesi" mətbuat konfranslarının vaxtı açıqlandı

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - “Kukesi” (Albaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. İyulun 31-də "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçi Qurban Qurbanov saat 18:15-də media mənsublarının önünə çıxacaq. "Atlılar"ın son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq. "Kukesi"nin baş məşqçisi isə saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Albaniya təmsilçisinin son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

QEYD: Klub tərəfindən ayrılmış avtobus media mənsublarını saat 17:30-da Tofiq Bəhramov adına Respublika stadionundan "Azərsun Arena"ya aparacaq və komandanın məşqindən sonra yenidən Respublika stadionuna qaytaracaqdır.

XƏBƏR LENTİ