"Kəpəz" 26 futbolçu ilə başladı

Sayta qoyulub: 18:48 30.07.2018 (183 dəfə oxunub)

"Kəpəz" 26 futbolçu ilə başladı
 

Yeni mövsümdən 1-ci divizionda çıxış edəcək “Kəpəz” hazırlığa start verib. “Sarı-göylər”in ilk məşqi Gəncə şəhər stadionunda olub. Komandanın qarşıdakı üç gün ərzində çalışmaları isə Şəmkir Olimpiya İdman Kompleksinin meydançasında olacaq. Hazırlıq prosesində 26 futbolçu iştirak edir. Məşqlərin ilk mərhələsi müəyyən qədər seleksiya xarakteri daşıdığından, heyətdə sınaqdan keçirilən oyunçular da var.

XƏBƏR LENTİ