"Neftçi" yoxlama oyunu keçirəcək

Sayta qoyulub: 18:51 30.07.2018 (152 dəfə oxunub)

"Neftçi" yoxlama oyunu keçirəcək

Yeni mövsümün hazırlığını davam etdirən “Neftçi”nin əsas və əvəzedici komandaları yoxlama oyununda qarşılaşacaqlar.

Avqustun 4-də klubun bazasında baş tutacaq görüş saat 18:00-da start götürəcək.

Qeyd edək ki, əsas komanda bundan əvvəlki sınaq matçında “Keşlə”yə 2:0 hesabı ilə qalib gəlib. Əvəzedicilər isə avqustun 1-də “Zirə” ilə qarşılaşacaq.

XƏBƏR LENTİ