Mina MY-ya keçməyi düşünür

Sayta qoyulub: 10:00 31.07.2018 (127 dəfə oxunub)

Yerri Mina böyük ehtimalla Mançester Yunaytedə keçməyi planlaşdırır.

 

Kolumbiya millisinin müdafiəçisi instaqram səhifəsində Barselonanın futbolçusu olduğunu bildirən yazını lğv edib və MY-nın səhifəsini təqib etməyə başlayıb.

 

Xatırladaq ki, Mançester Yunayted Lesterdə Maquayr transferindən vaz keçərək Barselonaya Mina üçün 40 milyon avro təklif edib.

 

Bir müddət əvvəl Everton onun üçün 24 milyon təklif etmişdi. Lakin keçid baş tutmamışdı.

 

Xatırladaq ki, Barsa Minanın Palmeyrasdan 12 milyona alıb.

XƏBƏR LENTİ