"Keşlə" "Kukesi"nin 2 futbolçusunu transfer edir

Sayta qoyulub: 10:12 31.07.2018 (217 dəfə oxunub)

 

"Keşlə" "Kukesi"nin 2 futbolçusunu transfer edir

“Keşlə”nin yeni baş məşqçisi Mladen Milinkoviç ötən mövsüm çalışdırdığı “Kukesi”nin 2 futbolçusunu Bakı klubuna gətirmək istəyir. Albaniya mətbuatının yaydığı xəbərə görə, serbiyalı mütəxəssis Valen Etemi və Rustem Hocanın xidmətində maraqlıdır.
 
50 yaşlı məşqçi rəhbərliyi altında oynamış iki müdafiəçini hazırkı komandasında görmək istəyir. “Kukesi”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu üçün Bakıda olmasından istifadə edən Milinkoviç dünən sözügedən futbolçularla görüşüb.

Qeyd edək ki, “Keşlə” Milinkoviçlə 1 illik müqavilə bağlayıb.

 

XƏBƏR LENTİ