Bolqarıstan klubunun kapitanı Azərbaycana gəlir

Sayta qoyulub: 13:30 11.08.2018 (192 dəfə oxunub)

Bolqarıstan klubunun kapitanı Azərbaycana gəlir
 

Bolqarıstanın "Slaviya" klubunun kapitanı Emil Martınov karyerasını Azərbaycanda davam etdirəcək. Sofiya təmsilçisi aparıcı futbolçusunun ölkə xaricində çıxış etməsinə imkan yaradıb.

Komandanın prezidenti Ventseslav Stefanov Emilin Azərbaycan klubuna transfer olunduğunu təsdiqləyib. Ancaq onun Premyer Liqamızın hansı təmsilçisi olduğu açıqlanmayıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu karyerası ərzində "Dorostol", "Svetkavitsa", "Sliven 2000", "Spartak" (Varna), "Oborişte", "Türk SV Pfaffenhofen" və "Aikak" kimi komandalarda forma geyinib. 

XƏBƏR LENTİ