"Beşiktaş" Belçika millisinin üzvünü transfer edir

Sayta qoyulub: 15:17 11.08.2018 (291 dəfə oxunub)

"Beşiktaş" Belçika millisinin üzvünü transfer edir
 

"Beşiktaş" növbəti transferinə yaxındır. İngiltərənin "Vest Bromviç" klubunun yarımüdafiəçisi Naser Şadli İstanbul nəhəngi ilə anlaşma əldə edib. Bu barədə "France Football" məlumat yayıb. Belçika millisinin üzvünün transfer detalları müəyyənləşməsə də, onun "Beşiktaş"a keçidi həllini tapıb. Bundan əlavə, "qara qartallar" "Arsenal"ın qapıçısı David Ospinanın da keçidini həll etmək üçün londonlularla masa arxasındadır. Qeyd edək ki, 29 yaşlı vinger 2016-cı ildə "Tottenhem"dən "Vest Bromviç"ə 13 milyon funt-sterlinqə keçmişdi.

XƏBƏR LENTİ