Fuad Niftəliyevin qələbə şərhi

Sayta qoyulub: 10:30 18.03.2012 (272 dəfə oxunub)

“İlk oyun həmişə çətin olur, istədiyin kimi alınmır. Bizim üçün yalnız ikinci hissə çətin keçsə də, qələbə qazana bildik”.- bunu Azərbaycan yığmasının basketbolçusu Fuad Niftəliyev deyib. 

Təcrübəli oyunçu Qırğızıstanın Bişkek şəhərində keçirilən “Novruz-2012” beynəlxalq turnirində ABŞ-ın AİA klubu ilə matçı şərh edib. Oyunun bombardiri olan (30 xal) Fuad bildirib ki, rəqib yaxşı təsir bağışlasa da, qələbə qazanmalarına (84:72) mane olmayıb: “Əlbəttə, hər şey – meydan, top və s. yeni idi. Amma biz buna daha tez uyğunlaşdıq ki, bu da rəqibi məğlub etməyimizlə nəticələndi. Amerikalılar da yaxşı təsir bağışladılar”.

XƏBƏR LENTİ