Azərbaycan DÇ-nin ilk günündə 5 medal qazandı

Sayta qoyulub: 22:54 21.08.2012 (274 dəfə oxunub)

 

Avqustun 21-də Bakıda yeniyetmələr arasında keçirilən sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatının ilk gününə yekun vurulub. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yarışın ilk günü 42, 50, 58, 69 və 85 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıblar.
 
Yarışda Coşqun Məmmədov (42 kq, Azərbaycan), Əli Pərviz Məhəmmədzadə Nağarçi (50 kq, İran), Cahid Həsənzadə (58 kq, Azərbaycan), Omari Qurjidze (69 kq, Gürcüstan) və İnal Tasoev (85 kq, Rusiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
 
Azərbaycanın digər pəhləvanları Ruslan Suzkayev (50 kq), Çermen Baqayev (85 kq) gümüş, Samir Sadullayev (69 kq) isə bürünc medal qazanıblar.

XƏBƏR LENTİ