Sayta qoyulub: 17:13 18.03.2012 (267 dəfə oxunub)

“Son 2 oyunda qapımızdan 4 qol buraxmışıq. Bu qollardan 3-ü standart vəziyətlərdən vurulub”- bunu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın XXIV turunda “Neftçi” ilə oyundan sonra deyib.


Gürcüstanlı mütəxəssis 1:2 hesablı məğlubiyyətində əsas səbəb kimi son oyunlarda erkən qollar buraxmalarını göstərib: “Bunun səbəbini mən də bilmirəm. Yarımmüdafiədə müəyyən problemlərimiz olduğundan oyunun gedişində dəyişikliklər etdim. Görünür, futbolçularımın oyunlara köklənməsi zəifdir. Bununla belə, qarşıda hələ 8 qarşılaşma var. Bu görüşlərə daha ciddi hazırlaşacağıq”.

XƏBƏR LENTİ