“Neftçi” abunəçimizdir” sözlərinə qalib gəlməklə cavab verdik”

Sayta qoyulub: 17:15 18.03.2012 (319 dəfə oxunub)

“Bu gün yaxşı oynadıq və qalib gəldik. Rəqibimiz çox təmkinli komandadır”- bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

O, Premyer Liqanın XXIV turunda “İnter”ə 2:1 hesablı qələbədən şad olduğunu deyib. Hacıyev bildirib ki, bu qələbədə “bankir”lərin prezidenti Georgi Nikolovun apasport.az-a açıqlaması da mühüm rol oynayıb: “İnter”lə oyuna yaxşı hazırlaşmışdıq, bunun bəhrəsini gördük. Bugünkü oyunda daha çox yerli futbolçulara şans verdim. Çünki, bizə qalan onlar olacaq. “İnter”in prezidenti Georgi Nikolovun “Neftçi” bizim abunəçimizdir” sözlərinə gəldikdə isə belə açıqlamalar düzgün deyil. Biz bunu qalib gəlməklə sübut etdik. Növbəti oyunlarda bu qələbələrin davamını gətirməyə çalışacağıq”.

XƏBƏR LENTİ