"Lokomotiv" Bolqarıstana gedir

Sayta qoyulub: 11:10 26.08.2012 (295 dəfə oxunub)

Bakının qadınlardan ibarət "Lokomotiv" voleybol klubu sabah təlim-məşq toplanışı keçmək üçün Bolqarıstana yollanacaq. Komandanın Varna şəhərində mini turnirə qatılacağı da gözlənilir. Yeri gəlmişkən heyətin bir sıra aparıcı voleybolçuları bu toplanışda iştirak etməyəcəklər. Onlar öz milli komandalarının heyətlərində Avropa çempionatının seçmə oyunlarına hazırlaşırlar. 

Xatırladaq ki, ötən mövsüm "Çelenc" kubokunun qalibi olan "dəmiryolçular" bu mövsüm Çempionlar Liqasında debüt edəcəklər.

XƏBƏR LENTİ