"Rabitə" baş məşqçisinin ad gününü qeyd etdi

Sayta qoyulub: 13:13 27.08.2012 (269 dəfə oxunub)

"Rabitə" baş məşqçisinin ad gününü qeyd etdi

Azərbaycan çempionu “Rabitə” baş məşqçisi Marçello Abbondanzaya jest edib. Hazırda Bolqarıstan millisinin düşərgəsində olan italiyalı mütəxəssisin ad günü onun yoxluğunda da qeyd olunub. 
Belə ki, Bakıda Abbondanzanın köməkçilərinin rəhbərliyi altında hazırlıqlara start verən “Rabitə” kollektivi məşqə qeyri-adi şəkildə başlayıb. Onlar meydana əllərində baş məşqçinin ad günü üçün hazırlanmış xüsusi tortla çıxıblar. Həmin tortun üzərində “Rabita Baku Marcello” sözləri əks olunub. Bununla da baş məşqçiyə sevgi nümayiş edilib. 
Qeyd edək ki, Abbondanzanın 42 yaşı tamam olub.
 

XƏBƏR LENTİ