Kişilər 10-cu, qadınlar 28-ci

Sayta qoyulub: 18:45 09.09.2012 (122 dəfə oxunub)

 

Türkiyənin İstanbul şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub. Bu gün turnirin həlledici – 11-ci turunun oyunları keçirilib.
 Azərbaycanın kişilərdən ibarət yığması sonuncu görüşündə Hindistan ilə üz-üzə gəlib. Baş məşqçi Vladimir Tukmakov son görüşdə Eltac Səfərli, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Qədir Hüseynov dördlüyünə şans verib. Eltac, Rauf və Qədir rəqibləriylə sülhə razılaşıb. Şəhriyar isə qələbə qazanıb. Beləcə, millimiz 2,5:1,5 hesabıyla üstün olub.
 Qadınlardan ibarət yığmamız isə bu tur Belarusla qarşılaşıb. Bu rəqibə qarşı Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Türkan Məmmədyarova və Nərgiz Umudova mübarizə aparıb. Türkann rəqibiylə xal bölgüsünə razılaşdığı gündə Nərgiz qalib gəlib. Amma Zeynəblə Gülnarın məğlubiyyəti millimizin 1,5:2,5 hesabıyla uduzmasına gətirib çıxarıb.
Beləcə, kişilərdən ibarət yığmamız Olimpiadanı 15 xalla 10-cu pillədə bitirib. Qadınlardan ibarət yığmamız isə 13 xalla 28-ci pillədə başa vurdu.
 
 
 
 
 


XƏBƏR LENTİ