Cüdoçularımız Avropa çempionatında

Sayta qoyulub: 09:35 14.09.2012 (218 dəfə oxunub)

Sentyabrın 21-də Xorvatiyanın Porec şəhərində gənclər arasında Avropa çempionatına start veriləcək. Qitə birinciliyi üç gün davam edəcək.
Birincilikdə respublikamızı gənclərdən ibarət yığma komandamızın məşqçiləri Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında 11 cüdoçumuz - Əlməmmədov Rasim, Sadıqov Mehman (hər ikisi -55 kq), Talışinskiy İsgəndər, Rufullayev Rəşad (hər ikisi -60 kq), Mehdiyev Musa, Cəlilov Cəlil (hər ikisi -66kq), Səfərli Afiq, Rəhimli Hüseyn (hər ikisi -73 kq), Rəsullu Abdulhaqq, Mehdiyev Məmmədəli (hər ikisi -81 kq) və Həsənov Əlixan (-100 kq) təmsil edəcəklər.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ