Taekvando millimizin koreyalı məşqçiləri qovuldu

Sayta qoyulub: 10:15 15.09.2012 (214 dəfə oxunub)

 

Azərbaycanın taekvondo üzrə kişi və qadınlardan ibarət olimpiya yığmalarının cənubi koreyalı baş məşqçiləri Conq Conq Bay və Sun Mi Park istefaya göndərilib.Bu haqda əsas millimizin baş məşqçisi Ələkbər İmaməliyev məlumat verib.İmaməliyevin sözlərinə görə, hər iki mütəxəssis 2012-ci il London Yay Olimpiya Oyunlarında medal verə bilmədikləri üçün vəzifələrini itirib: “Onlar olimpiadadan medalla qayıdacaqlarına söz vermişdilər. Amma alınmadı. Bu səbəbdən, federasiyamızın rəhbərliyi cənubi koreyalılarla başa çatan müqaviləni uzatmadı”. Qeyd edək ki, London Olimpiadasında Azərbaycanı Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq) təmsil edib. Əzizov ikinci, Əzizova isə ilk döyüşdəcə uduzaraq, medalsız qalıb. 

XƏBƏR LENTİ