UEFA millimizin futbolçusunu cəzalandırdı

Sayta qoyulub: 15:04 19.03.2012 (254 dəfə oxunub)

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Rizvan Fərzəliyev milli komandalar səviyyəsində yarışlarda növbəti 3 rəsmi oyunda iştirak hüququndan məhrum edilib.

 AFFA-nın yaydığı məlumata görə, bu barədə qərar UEFA-nın Nəzarət və İntizam Komitəsi tərəfindən çıxarılıb. 

Buna səbəb, Rizvan Fərzəliyevin futzal üzrə Avropa çempionatının final mərhələsində keçirilmiş Azərbaycan – Serbiya oyununun rəsmi şəxsinə qarşı aqressiv davranışı olub.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ