Tarixin ən titullu tennisçiləri

Sayta qoyulub: 20:57 16.09.2012 (258 dəfə oxunub)

Tarixin ən titullu tennisçiləri
 

Rafael Nadal-11

Rafael Qızıl dəbilqənin (bütün Böyük dəbilqə turnirləri və Olimpiada ) sahibidir.

Nadal bir örtükdə-qruntda ardıcıl qələbələrə görə rekordsmendir.(aprel 2005-may 2007, 81 qələbə)

Rolan Qarrosun 7 qat qalibi.

2008-ci ildə Uimbldon finalında Federeri 4 saat 48 dəqiqəyə məğlub edərək Byorn Borqdan sonra 1 ildə həm Rolan Qarros, həm də Uimbldonu qazanan ilk tennisçi olub.Növbəti il bu nailiyyəti Federer,daha bir il sonra isə Nadalın özü təkrarlayır.

2010-cu ildə Rolan Qarros, Uimbldon və US openi qazanaraq 1969-cu il Rod Leyverdən sonra  ardıcıl 3 böyük dəbilqə turnirində çempion olan ilk tennisçi olub.

Tarixin ən titullu tennisçiləri
 

Byorn Borq-11

Əfsanəvi İsveçli tennisçi bu titullarını yalnız Rolan Qarros və Uimbldonda qazanıb.Avstraliya çempionatında isə o yalnız 1 dəfə iştirak edib.
 
Tarixin ən titullu tennisçiləri
 

Maraqaret Smit-Kort-11

Əslində Avstraliyalı tennisçinin Böyük dəbilqə turnirlərində 24 titulu var.Lakin onlardan 13-ü Böyük eraya qədər olduğuna görə hesaba alınmır.Karyerası ərzində o Böyük Dəbiləq turnirlərinin finalında 85 dəfə oynayıb.Bu göstəriciyə görə o Navratilova ilə eynidir.

Tarixin ən titullu tennisçiləri
 

Pit Sampras-14

Uimbldonda 7 dəfə çempion olmasına baxmayaraq Pit Rolan Qarros turnirində qalib ola bilməyib.Ən yüksək göstəricisi Parisdə yarımfinal olub.Uimbldondakı uğurlarına görə isə o əfsanəvi Byorn Borqu ötüb keçib.

Tarixin ən titullu tennisçiləri
 

Serena Uilyams-15

2002-2003-cü illərdə Serena ardıcıl bütün Böyük dəbilqə turnirlərində çempion olub.Amerikalı yeganə tennisçidir ki, həm tək, həm də cüt yarışlarda dəbilqələrə sahibdir.Cütdə qazanılan bütün 13 titulun hamısı bacısı Vinusla olub.

Tarixin ən titullu tennisçiləri
 

Rodjer Federer-17

İki turnri (Uimbldon və US open) ardıcıl 5 dəfə qazanan yeganə idmançıdır.

2009-cu ildə Rolan Qarrosda qalib olmaqla bütün dəbilqələrə sahib çıxan 6-cı tennisçi olub.İsveçrəli Böyük dəbilqə turnirlərində 24 dəfə final oynamaqla da rekorda malikdir.Həmçinin ardıcıl 10 dəfə Uimbldonun finalına yüksəlib.

Karyerasında ən çox final Nadalla oynayıb.8 görüşdən yalnız 2-də qalib gəlib.

Tarixin ən titullu tennisçiləri
 

Kris Evert-18

Evert 18 titulun 10-nu Rolan Qarrosda , 3-də Uimbldonda qazanıb.Kris Evert heç bir zaman Böyük dəbilqə turnirinin ilk mərhələsində məğlub olmayıb.

Tarixin ən titullu tennisçiləri
 

Martina Navratilova-18

Karyerasının ilk və son dəbilqəsini Londonda Uimbldon turnirində qazanıb.Australian Open oy üzərində keçirildikdə də o 3 dəfə çempion olub.

Martina ardıcıl 6 Böyük Dəbilqə turnirinin qalibi olub.1975-ci ildən başlayaraq və 15 il davam edən Kris Evertlə qarşıdurmanı da yaddan çıxarmaq olmaz.Bu müddət ərzində onlar 80 dəfə qarşılaşıblar.

Tarixin ən titullu tennisçiləri
 

Şteffi Qraf-22

Qrafın rekordunu təkrarlamaq mümkün olmayacaq.Almaniyalı tennisçi Qızıl Dəbilqənin sahibidir. O bir il ərzində Böyük Dəbilqə turnirlərində və Olimpiadada çempion olub.Bu əlamətdar hadisə 1988-ci ildə baş verib.1988-ci ildə Rolan Qarrosda o ən qısa finalın da iştirakçısı olub.Həlledici görüşdə Şteffi Sovet tennisçisi Natalya Zverevanı 34 dəqiqəyə 6-0,6-0 hesabları ilə məğlub edib.Qraf Böyük dəbilqə turnirlərinin hamısını ən azı 4 dəfə qazanan yeganə tennisçidir.1993-cü ildə Qrafın pərəstişkarı Hamburq turnirində Monika Seleşi bıçaqla kürəyindən yaralayır.Bununla da o Qraf-Seleş intriqasının davam etməsinə imkan vermir.Halbuki bu hadisə olmasaydı, Qrafın titullarının sayı az olardı.

XƏBƏR LENTİ