Bakıda keçiriləcək Qran-Prinin mükafat fondu: 441 000 dollar

Sayta qoyulub: 12:17 19.09.2012 (306 dəfə oxunub)

Xəbər verdiyimiz kimi, 21-23 sentyabr 2012-ci il tarixdə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək turnirin proqramına əsasən sabah - sentyabrın 20-də görüşləri idarə edəcək hakimlərin seminarı və texniki iclas keçiriləcək.
İlk gün sərbəst, ikinci gün qadın, üçüncü gün isə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaq.
Yarışlar hər gün saat 10.00-da, final görüşləri saat 17.00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi sentyabrın 21-də saat 17.00-da baş tutacaq.
Artıq turnirin mükafat fondu da bəllidi. Belə ki, 26 ölkədən gələcək güləşçilər 441 min dollar uğrunda mübarizə aparacaqlar. Çempionlar 10 min, gümüş medalçılar 5 min, bürünc medal qazananlar isə 2 min dollar qazanacaqlar. Daha 2000 dollar isə məşqçilərə çatacaq.

XƏBƏR LENTİ