Dünya çempionatının 2-ci günündə də medal qazanmadıq

Sayta qoyulub: 06:21 20.09.2012 (147 dəfə oxunub)

 

Slovakiyanın Koşitse şəhərində keçirilən ağırlıqqaldırma üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir. Yarışın 2-ci günü podiuma Azərbaycan millisinin daha 2 idmançısı - Həsən Həsənov və Kənan Əliquliyev (hər ikisi 62) çıxıb. Həmyerlilərimiz B qrupunda mübarizə aparıblar. Həsənov birdən qaldırmada 93 kq, təkanla qaldırmada isə 112 kq nəticə göstərərək, toplamda 205 kq-la 6-cı olub. Əliquliyev isə birdən qaldırmada 103 kq, təkanla qaldırmada 124 kq nəticə göstərib. O, yekunda 227 kq-la B qrupunu 1-ci yerdə başa vurub. Lakin A qrupunun yarışları bitəndən sonra Kənan ümumi sıralamada 11-ci, Həsən isə 16-cı yeri tutub. 

XƏBƏR LENTİ