QQP-2012 ilk gün: 1 qızıl, 3 gümüş və 5 bürünc medal

Sayta qoyulub: 17:20 21.09.2012 (158 dəfə oxunub)

Sentyabrın 21-dən Bakıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi start götürüb. Turnirin ilk günündə sərbəst güləşçilər mübarizə aparıb. Güləşçilərimiz ümumilikdə 9 medal qazanıb.

Qızıl medalı yığmamıza 60 kq çəki dərəcəsində Hacı Əliyev qazandırıb. O finalda komanda yoldaşı Ağahüseyn Mustafayevi məğlub edib. Digər gümüş medalları 55 kq çəki dərəcəsində Namiq Sevdimzadə və 66 kq çəkidə Emin Əzizov əldə edib. Azər Paşayev (55 kq), Coşqun Əzimov (60 kq), Hacımurad Ömərov (66 kq), Aleksandr Qostiyev (74 kq) və Əli İsayev (120 kq) müvafiq olaraq bürünc medallara yiyələnib.

Beləliklə, Azərbaycan idmançıları sərbəst güləşçilərin yarışında 1 qızıl, 3 gümüş və 5 bürünc medal olmaqla, ümumilikdə 9 medal əldə edib.

XƏBƏR LENTİ