Kliçkonu məğlub edən dünya çempionunu güllələdilər.

Sayta qoyulub: 12:26 23.09.2012 (277 dəfə oxunub)

Super ağır çəkidə sabiq dünya çempionu Cənubi Afrikalı Korri Sanders 46 yaşında aldığı güllə yarasından dünyasını dəyişib.İnsident onun doğma şəhəri Pretoriyada baş verib.Boksçunun istirahət etdiyi restorana cinayətkarlar silahlı hücum ediblər.Quldurlardan birinin gülləsi Sandersin qarnına tuş gəlib.Dünya çempionunu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.Xatırladaq ki, 2003-cü ildə Sanders super ağır çəkidə Vladimir Kliçkonu 2-ci raundda nokauta göndərərək dünya çempionluğu titulunu qazanmışdı.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ