Kliçko karyerasını bitirdi

Sayta qoyulub: 14:27 24.09.2012 (202 dəfə oxunub)

Super ağır çəkili Vitali Kliçko peşəkar boksçu karyerasını başa vurmağa qərar verib. Bundan sonra rinqə ancaq onun qardaşı Vladimir çıxacaq. Böyük qardaş hazırda fəal şəkildə siyasətlə məşğul olur və bundan sonra rinqə çıxmaq niyyətində deyil. Bu barədə Vitali Kliçko özü Donetskdə keçirilən mətbuat konfransında açıqlama verib. İlk döyüşünü 1996-cı ilin 16 noyabrında keçirən ukraynalı atlet siyasətlə məşğul olacaq. Kliçko son olaraq 15 gün əvvəl döyüş keçirərək alman Manuel Çarrı nokatla məğlub etmişdi. Karyerası ərzində Vitali 47 döyüşün 45-də qalib gəlib. Bu qələbələrin 41-i nokautla olub.

XƏBƏR LENTİ